logo
  • (+99412) 349 38 00

  • info@bdih-kollec.edu.az

  • Nizami Gəncəvi 153, Xırdalan, Abşeron

  • +7(900) 000-00-00

  • support@website.com

  • Номер улицы, Номер дома, Номер квартиры.

  • Часы работы

  • Пн-Сб: 7.00 - 17.00

  • +7(300) 000-00-00

  • support@website.com

  • Номер улицы, Номер дома, Номер квартиры.

  • Часы работы

  • Пн-Сб: 9.00 - 19.00

Kollec rəhbərliyi II Fəxri Xiyabanı ziyarət edib.


BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kolleci ilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsi arasında Kollektiv Müqavilə imzalanıb.


Kollecinin əməkdaşları növbəti akademik nailiyyətə imza atıblar


2026/2027-ci tədris ilinin Pedaqoji Şurasının ilk iclası keçirililib


18 sentyabr - Milli Musiqi Günü qeyd edilib


15 Sentyabr – Bilik Günü qeyd olunur


Bizimlə əlaqə

(+99412) 349 38 00

info@bdih-kollec.edu.az

Nizami Gəncəvi 153, Xırdalan, Abşeron

“Narkotiklərə yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib

Kollecdə tələbələr arasında sağlam həyat tərzinin təbliği və narkotik vasitələrin zərərli təsirləri barədə məlumatlılığın artırılması məqsədilə “Narkotiklərə yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasında narkomanlığa qarşı mübarizə sahəsində həyata keçirilən dövlət siyasətinə uyğun olaraq təşkil olunmuşdur. Tədbirin əsas məqsədi gəncləri zərərli vərdişlərdən uzaq tutmaq, onların sağlam düşüncəli, vətənpərvər və cəmiyyət üçün faydalı fərdlər kimi formalaşmasına dəstək vermək idi. Tədbiri giriş sözü ilə kollecin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Firuzə Fərmanlı narkotik vasitələrin insan sağlamlığına, psixikasına və sosial həyatına vurduğu ciddi zərərlərdən bəhs etdi. Qeyd olundu ki, narkotiklər yalnız fərdi deyil, həm də cəmiyyət üçün böyük təhlükə mənbəyidir.Kollecin psixoloqu Xəyalə Vəliyeva cıxış edərək narkotik asılılığının yaranma səbəbləri, onun fəsadları və qarşısının alınması yolları haqqında geniş məlumat verdi. Daha sonra Ədliyyə Nazirliyinin Probasiya Şöbəsinin psixoloqu Təhminə Həsənova çıxış edərək qarşılaşdığı narkotik istifadəçilərinin real hekayələrindən bir neçəsini danışdı və bildirdi ki, bu problemin həlli yalnız hüquq-mühafizə orqanlarının deyil, eyni zamanda ailə, təhsil müəssisələri və cəmiyyətin birgə səylərini tələb edir. Narkomaniyanın qarşısının alınmasının əsas məqsədi sağlam mühit və sağlam gələcək yaratmaqdır. Buna görə də cəmiyyətdə və yaxın ətrafımızda sağlam həyat tərzini təbliğ etmək, zərərli vərdişlərə profilaktik tədbirlər görmək lazımdır.
“Narkotiklərə yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib