8 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə kollecdə maarifləndirici tədbir keçirilib. Tədbirin əsas məqsədi əmək təhlükəsizliyi qaydalarının təbliği, sağlam və təhlükəsiz iş mühitinin əhəmiyyətinin çatdırılması olub.
Tədbiri giriş sözü ilə açan kollecin Həmkarlar İttifaqı Komitəsinin sədri Nisə Əliyeva bu günün əhəmiyyətindən danışaraq qeyd ediblər ki, əməyin mühafizəsi yalnız iş yerlərində deyil, təhsil müəssisələrində də mühüm rol oynayır.
Kollecin müəllimləri Tamilla Səttarova, Tutu Əhədova, Samirə Nuriyeva, Aytəkin Dəmirova mövzu ilə bağlı çıxış ediblər. Çıxışlarda müasir əmək münasibətlərində xüsusi əhəmiyyət kəsb edən psixososial iş mühiti, iş yerində stressin idarə edilməsi, sağlam ünsiyyət mühitinin yaradılması və kollektiv daxilində qarşılıqlı hörmətin qorunması məsələləri öz əksini tapıb.
Tədbirin sonunda iştirakçılar arasında fikir mübadiləsi aparılıb, mövzu ilə bağlı suallar cavablandırılıb.