BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə görkəmli Azərbaycan şairi Səməd Vurğunun 120 illik yubileyi münasibətilə kitabxana müdiri Qətibə Qasımova, kitabxanaçı Mehparə Məmmədova və müəllim Məhsəti İsmayılovanın rəhbərliyi ilə “Vaqif” dramı səhnələşdirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, Ulu Öndər Heydər Əliyev və şəhidlərin xatirəsinin yad edilməsilə başlayıb. Daha sonra Mehparə M və Məhsəti İsmayılova Səməd Vurğunun Azərbaycan ədəbiyyatında xüsusi yeri, onun irsinin təbliğinin gənc nəslin təlim-tərbiyəsinə təsiri barədə məruzə ilə çıxış etmişdirlər. Tələbələrin canlandırdıqları səhnədə “Vaqif” əsərinin əsas ideyaları – vətənə sevgi, ədalət, insanlıq və milli dəyərlərə bağlılıq təsirli şəkildə təqdim edilmişdir. Tələbələr obrazları böyük həvəslə canlandırmış, personajların daxili dünyasını və emosiyalarını tamaşaçılara uğurla çatdırmışlar. Tamaşa bitdikdən sonra Qətibə Qasımova çıxış edərək Səməd Vurğunun irsinin və ideyalarının yaşadılmasının vacibliyini bildirmiş,şairin 120 illik yubileyi münasibətilə kitabxanada sərgi də təşkil edildiyi barədə məlumat vermişdir. Sonda direktor müavinləri Gülnar Kərimova və Firuzə Fərmanlı çıxış edərək tədbir təşkilatçılarına və tələbələrə təşəkkür etdilər.