BDU-nun nəzdində İqtisadiyyat və Humanitar kollecin 1-ci kurs tələbələri kimya müəllimləri Əfsanə İsmayılova və Nuranə Həsənovanın rəhbərliyi ilə BMU-da ekskursiyada olublar.Tələbələr universitetin maddi-texniki bazası, müasir laboratoriyaları, o cümlədən kimya, kimya mühəndisliyi, biotexnologiya üzrə elmi-tədris infrastrukturu ilə yaxından tanış olublar. Onlara ali təhsil müəssisəsində həyata keçirilən tədris prosesi, innovativ yanaşmalar və elmi-tədqiqat fəaliyyəti barədə ətraflı məlumat verilib.
Ekskursiya çərçivəsində tələbələrin BMU-nun rektoru Yaqub Piriyev ilə görüşü təşkil edilib. Rektor bu cür ekskursiyaların akademik dünyagörüşünün genişləndirilməsi, ali təhsil mühiti ilə tanışlıq, habelə təhsil sahəsində inteqrasiya baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. Tələbələrin akademik maraq dairəsinə uyğun olaraq ünvanladıqları suallar ətraflı cavablandırılıb, onların gələcək təhsil, karyera perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.