Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecində kollec, Abşeron Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Abşeron Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “İZ QOYAN ÖMÜR” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Bədii hissədə tələbələr tərəfindən hazırlanmış səhnəcik nümayiş olunmuşdur. Səhnəcikdə Heydər Əliyevin hakimiyyətə gəlişi, dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin çətin dövrlərdən çıxarılması və inkişaf yoluna qədəm qoyması yüksək peşəkarlıqla canlandırılmışdır. Tədbirdə kollecin direktoru Hicran Əyyubova çıxış edərək tədbiri açıq elan etmişdir. O, çıxışında Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşması və inkişafında müstəsna və əvəzsiz rolunu xüsusi vurğulamışdır. Direktor gənclərin milli ruhda tərbiyəsi və dövlətə sədaqət hissinin formalaşdırılmasının məhz Heydər Əliyev ideyalarının davamı olduğunu bildirmişdir. Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev çıxış edərək Heydər Əliyevin zəngin siyasi irsi və dövlət quruculuğu sahəsində həyata keçirdiyi islahatlardan bəhs etmişdir. Daha sonra Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova çıxış edərək Heydər Əliyevin Azərbaycan tarixindəki müstəsna xidmətlərindən bəhs etmişdir. Daha sonra Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilmişdir. Bu mərasim iştirakçılar tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılanmışdır.