Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və humanitar kollecin müəllimləri Əhədova Tutu, Əlizadə Günel və Əşrəfova Ağanisənin rəhbərliyi ilə “Ətraf mühitin mühafizəsi və bərpası” ixtisasının tələbələri Bakı Ekspo Mərkəzində keçirilən Azərbaycan Beynəlxalq Qida Sənayesi və Kənd Təsərrüfatı Sərgisində iştirak etmişlər. Sərgi çərçivəsində tələbələr kənd təsərrüfatı və qida sənayesi sahəsində tətbiq olunan innovativ texnologiyalar, ekoloji təhlükəsizlik prinsipləri və dayanıqlı inkişaf istiqamətləri ilə yaxından tanış olmuşlar. Tədbirdə iştirak tələbələrin nəzəri biliklərinin praktiki müstəvidə möhkəmləndirilməsinə, eləcə də ətraf mühitin mühafizəsi sahəsində peşəkar dünyagörüşünün formalaşmasına mühüm töhfə vermişdir.