UNEC-in nəzdində Maliyyə-İqtisad Kollecində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Süni İntellekt və Maliyyə: Sabaha Baxış” mövzusunda Kolleclərarası Elmi-Praktik Tələbə Konfransı keçirilib. Konfransda müasir dövrün aktual mövzusu olan süni intellektin maliyyə sektoruna təsiri, rəqəmsal transformasiya, gələcəyin peşələri müzakirə edilmişdir. BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin direktoru Hicran Əyyubova və tələbə Rüqəyya Əbilova tədbirdə çıxış ediblər.
Konfransda süni intellektin maliyyə sektorunda yaratdığı yeniliklər, rəqəmsal transformasiya, gələcəyin peşələri və müasir təhsil yanaşmaları müzakirə olunub. Eyni zamanda müxtəlif kolleclərin rəhbər və tələbələri təqdimatlarla çıxış edərək innovativ yanaşmalarını nümayiş etdiriblər.
Konfransın sonunda çıxış edən tələbələrə sertifikat təqdim olunub.