SON DƏQİQƏ

bdih-kollec.edu.az

"Sazın-sözün sehrində" adı altında açıq dərs

23-11-2021, 07:42

BDU-nun nəzdində İqtisaiyyat və Humanitar Kollecində Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, silsilə tədbirlərinin keçirilməsi davam edir. Tədbirlər planına uyğun olaraq, 02.11.2021-ci il tarixində Kollecin 106-ci qrupunda Azərbaycan dili və ədəbiyyat müəllimi Abihəyat Atakişiyevnın təşkilatçılığı ilə "Sazın-sözün sehrində" adı altında açıq dərs keçirilib. Dərsdə Aşıq Ələsgərin həyat və yaradıcılığından danışılıb. Açıq dərsdə Aşıq Ələsgərlə bağlı faktlar video-çarxlarla və səhnəciklərlə nümayiş etdirilib. Aşıq Ələsgərin “Aşıq Ələsgər gəlsin” ifası və digər şeirləri tələbələr tərəfindən səsləndirilib. Sonda Kollecin direktoru professor Səhər xanım Orucova açıq dərsi yüksək qiymətləndirərək təşkilatçılığa görə Abihəyat Atakişiyevaya öz minnətdarlığını bildirib.
"Sazın-sözün sehrində" adı altında açıq dərs
"Sazın-sözün sehrində" adı altında açıq dərs
"Sazın-sözün sehrində" adı altında açıq dərs
"Sazın-sözün sehrində" adı altında açıq dərs

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR