20:00 - Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə..
17:36 - 24 may 2023-cü ildə Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və..
06:26 - Ulu Öndər Heydər Əliyev 100 illik yubileyinə həsr olunmuş şahmat birinciliyi..
16:29 - Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə..
12:06 - Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə..
12:49 - Bakı Dövlət Universitetinin Fizika fakültəsində Ümummilli Lider Heydər Əliyevin..
10:08 - Ulu Öndər Heydər Əliyev xatirəsinə həsr edilmiş yoldaşlıq görüşü keçirilib..
18:13 - 31 mart 2022-ci il tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat..
12:10 - Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə “Türk..
19:23 - 09.03.2023-cü il tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və..
10:32 - Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə..
10:22 - BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Xocalı faciəsinə həsr..
10:21 - BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Xocalı faciəsinə həsr..
10:18 - BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Xocalı faciəsinə həsr..
07:23 - Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 20..
24 may 2023-cü ildə Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə bir qrup şair və yazıçı ilə görüş keçirilib
24 may 2023-cü ildə Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə bir qrup şair və yazıçı ilə görüş keçirilib. “Ədəbiyyat işığında” adlı tədbir Dövlət himni və Ümummilli Lider Heydər Əliyevin, Vətənin azadlığı, süverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözlə açan Kollecin direktoru Səhər Orucova ədəbiyyatın, bədii əsərlərin gənclərin tərbiyəsindəki rolundan bəhs edərək dövlətin də bu işdəki fəaliyyətindən söz açıb: “Ulu Öndər Heydər Əliyev ədəbiyyatı həyatından, tərcümeyi-halından epizod kimi yox, tale kimi keçirən şəxsiyyətdir. Onun siyasi kursunu davam etdirən cənab Prezident İlham Əliyevin də ədəbiyyata, yazıçı və şairlərə göstərdiyi diqqət və qayğı əvəzsizdir”. Görüşdə Azərbaycan Yazıçılar Birliyinin ədəbi janrlar şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin Qadınlar Şurasının sədri, ədəbiyyatşünas, şair Gülxani Pənah, “Kredo” qəzetinin baş redaktoru, şair-publisist Əlirza Xələfli, Azərbaycan Yazıçılar Birliyinin Qadınlar Şurasının sədr müavini, yazıçı, ədəbiyyatşünas Salatın Əhmədli, Azərbaycan Yazıçılar Birliyinin əməkdaşı, şair, yazıçı Güləmail Murad, fil.f.d., yazıçı, publisist Şəfəq Nasir, “Ulduz” jurnalının baş redaktorunun müavini, yazıçı Təranə Vahid, “Qobustan” jurnalının əməkdaşı Narıngül Nadir, AYB-nin Qəbul Komissiyasnın katibi, tərcüməçi Məlahət Qənbərova iştirak ediblər. Onlar gənclərin potensialının üzə çıxarılmasında, dünyagörüşünün inkişafında bu cür görüşlərin rolundan danışıb, öz məsləhətlərini veriblər. Eyni zamanda, tədbirdə şair və yazıçılar xatirələrini böülüşüb, şeirlər səsləndiriblər. Sonda tələbələr şair və yazıçılara suallar ünvanlayıb, xatirə şəkli çəkdiriblər.