SON DƏQİQƏ

bdih-kollec.edu.az

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollec və Bakı Dövlət Universitetin birgə əməkdaşlığı ilə "Heydər Əliyev və milli-mənəvi dəyərlər" mövzusunda elmi seminar keçirilib.

11-05-2022, 18:01

Ümummilli lider Heydər Əliyevin 99 illik yubileyi münasibətilə BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollec və Bakı Dövlət Universitetin birgə əməkdaşlığı ilə "Heydər Əliyev və milli-mənəvi dəyərlər" mövzusunda elmi seminar keçirilib. Tədbir himn ilə başlayıb. Daha sonra Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin direktoru professor Səhər Orucova tədbiri giriş sözü ilə açaraq Ulu Öndərin Azərbaycan dövlətini məhz milli-mənəvi dəyərlər üzərində qurduğunu qeyd edib: "Ümummilli Lider Heydər Əliyev milli mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub-saxlanılmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürürdü. Heydər Əliyev azərbaycançılığı milli bir ideologiya kimi irəli sürür, mədəniyyətimizi, mənəvi dəyərləri həm milli, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi”. BDU-nun Heydər Əliyev muzeyinin əməkdaşı, Tarix üzrə fəlsəfə doktoru Afət Seyidzadə Ulu Öndərin keçdiyi siyasi yol haqqında ətraflı məlumat verərək Heydər Əliyevin dövlət quruculuğu prosesi ilə paralel surətdə mədəni-mənəvi quruculuq və milli-tarixi yaddaşın bərpası işlərini də həyata keçirdiyini söyləyib: “Ümummilli lider Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə xalqımızın milli-mənəvi dəyərlərinin, onun adət-ənənələrinin dirçəldilməsi, xüsusən İslam mədəniyyəti nümunələri olan məscidlərin, tarixi memarlıq abidələrinin, ziyarətgahların bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi onun bir daha xalqa mənən bağlılığını və islami dəyərlərə sədaqətini göstərən parlaq misallardır”. Kollecin müəllimi, eyni zamanda BDU-nun doktorantı Aynurə Qurban Ümummilli Liderin Azərbaycan folklorunun daha dərindən araşdırılması, aşıq sənətinin inkişafı, milli mərasimlərimizin təbliği istiqamətində ciddi tədbirlər gördüyünü diqqətə çatdırıb: “Dahi Lider bu tədbirləri təkcə Azərbaycan yox, bütün türk dünyası miqyasında həyata keçirirdi. Ortaq türk mədəniyyəti və mənəviyyatının öyrənilib təbliğ edilməsi, keçmişdən gələcəyə ötürülməsi yönündə müstəsna xidmətlər göstərirdi”.
BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollec və   Bakı Dövlət Universitetin birgə əməkdaşlığı ilə "Heydər Əliyev və milli-mənəvi dəyərlər" mövzusunda elmi seminar keçirilib.
BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollec və   Bakı Dövlət Universitetin birgə əməkdaşlığı ilə "Heydər Əliyev və milli-mənəvi dəyərlər" mövzusunda elmi seminar keçirilib.
BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollec və   Bakı Dövlət Universitetin birgə əməkdaşlığı ilə "Heydər Əliyev və milli-mənəvi dəyərlər" mövzusunda elmi seminar keçirilib.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR