13:03 - BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə "Özgüvən"adlı elmi seminar..
06:06 - Narınc psixoloji mərkəzdə açıq dərs..
08:54 - 10.05.2022-ci il tarixində BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə..
18:05 - Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Təhsil..
18:01 - BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollec və Bakı Dövlət..
17:47 - Ümummilli lider Heydər Əliyevin 99 illik yubileyi münasibətilə BDU-nun..
17:38 - "Sən elə bir zirvəsən" adlı Respublika ifa müsabiqəsinin finalçılarının..
17:30 - Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec ilə..
12:45 - “İnsan alverinə qarşı mübarizə sahəsində maarifləndirmə” mövzusunda tədbir..
13:07 - 13.04.2022 tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və..
12:50 - 07.04.2022 ci il tarixində BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə..
08:30 - 08.04.2022-ci ildə BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Kollecin..
20:09 - 31 mart 2022-ci il tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat..
20:04 - BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə "Yeddi gözəlin xonçası"..
20:02 - İlaxır çərşənbəsi qeyd olunur..
Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 20 Yanvar faciəsinin 32-ci il dönümü ilə bağlı tədbir keçirilib
19 yanvar 2021-ci il tarixində Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Anım mərasimi himn ilə başlayıb və 20 Yanvar şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Kollecin direktoru Səhər Orucova bildirib ki,
20 Yanvar hadisələrində azadlığı canlarından üstün bilənlər Azərbaycanın yenidən öz dövlət müstəqilliyini bərpa etməsində böyük rol oynayıblar. 20 Yanvar hadisələrindən söz açan direktor qeyd edib ki, xalqımızın böyük oğlu, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri daha dəqiq araşdırılaraq 1994-cü ildə 20 Yanvar faciəsinin hərbi təcavüz və cinayət olduğu sübut edilib və tam siyasi-hüquqi qiymətini alıb.
Heydər Əliyev siyasi kursunun mahir davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin adlarının əbədiləşdirilməsi, onların xatirəsinin daim ehtiramla anılması, şəhid ailəsi üzvlərinin sosial problemlərinin həlli istiqamətində hər zaman mühüm addımlar atılmaqdadır. 20 Yanvar faciəsi xalqımızın yaddaşında kədər və hüzn olması ilə bərabər, həm də qürur və qəhrəmanlıq səlnaməsi kimi qaldığını vurğulayan Səhər xanım bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Tədbirin bədii hissəsində Kollecin “Yaradıcılıq Mərkəzi”nin üzvləri şeir, musiqi nömrələri ilə çıxışlar edib, səhnəciklər göstəriblər. 20 Yanvar hadisələri ilə bağlı video-çarxlar və tələbələrin əl işləri nümayiş etdirilib. Tədbirin qonaqları olan 4 saylı Uşaq İnkişaf Mərkəzinin "Nur" vokal qrupunun ifasında qəhrəmanlıq nəğmələri səsləndirilib.