SON DƏQİQƏ

bdih-kollec.edu.az

20 YANVAR

27-01-2017, 08:34

20 YANVAR

20 YANVAR


20 yanvar 2017-ci il tarixdə bütün Respublika ərazisində “20 yanvar” hadisələrinin 27-ci il dönümü qeyd edildi. Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin müəllim və tələbə heyəti Xırdalan Şəhərində ucaldılan Şəhidlər abidəsini ziyarət edərək , tər çiçəklər düzdülər. Daha sonra təşkil edilmiş tədbirdə çıxış edənlər həmin gecədə baş verən hadisələr barədə geniş məlumat verdilər. Həmin dövr SSRİ hakimiyyətinin apardığı siyasətə etiraz olaraq insanlar küçələrə axışdılar. O gecə 147 şəhid verdik. Lakin axıdılan qanlar əbəs yerə olmadı. Xalqımız tarixi müstəqilliyinə qovuşdu. 20 yanvar hadisələrindən 27 il keçməsinə baxmayaraq Xalqımız şəhidlərinin ruhunu dərin hörmət və ehtiramla anır, böyüməkdə olan gənc nəsilin tərbiyəsinə isə bir igidlik salnaməsi , vətənpərvərlik simvolu kimi daxil olmuşdur.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR