info@bdih-kollec.edu.az
Nizami Gəncəvi 153, Xırdalan, Abşeron
support@website.com
Номер улицы, Номер дома, Номер квартиры.
Пн-Сб: 7.00 - 17.00
support@website.com
Номер улицы, Номер дома, Номер квартиры.
Пн-Сб: 9.00 - 19.00
Azərbaycan Respublikasında təhsil sisteminin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Orta ixtisas təhsili müəssisələri bu sistemdə mühüm rol oynayaraq əmək bazarı üçün ixtisaslı kadrların hazırlanmasına xidmət edir. Bu baxımdan Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollec özünəməxsus yer tutur. Kollec 1922-ci ildən fəaliyyət göstərməklə ölkənin ən qədim təhsil ocaqlarından biri sayılır. Həmin dövrdə müəssisə texnikum statusunda fəaliyyət göstərərək əsasən iqtisadiyyat, mühasibat uçotu və planlaşdırma sahələri üzrə kadr hazırlığını həyata keçirirdi.
Davamını oxu100+
İllik tarix ənənəsi
1000+
Tələbə
8
İxtisas istiqaməti
120
Müəllim heyəti
Maliyyə və bank sektorunda işləməyə hazırlayan ixtisasdır. Bu ixtisasda əsasən bankların fəaliyyəti, kreditləşmə, müştəri xidmətləri, maliyyə əməliyyatları və hesablaşmalar öyrənilir.
Maliyyə işi iqtisadiyyat sahəsində yaxşı ixtisaslardan biridir. Bank işindən bir qədər daha geniş sahəni əhatə edir.
Müəssisə və təşkilatlarda pul, gəlir, xərc, əmlak və digər maliyyə əməliyyatlarının uçotunu aparmağı öyrədən ixtisasdır.
İdarə və müəssisələrdə sənədlərin hazırlanması, qeydiyyatı, saxlanması və arxivləşdirilməsi üzrə mütəxəssis hazırlayan ixtisasdır.
Kitabxana və informasiya resurslarının təşkili, qorunması və istifadəçilərə təqdim edilməsi üzrə mütəxəssis hazırlayan ixtisasdır.
Turizm, otelçilik və səyahət xidmətlərinin təşkili və idarə olunmasını öyrədən ixtisasdır.
Uşaqların ailə və ev şəraitində təhsilinin təşkili, tərbiyəsi və inkişafı ilə bağlı bilik və bacarıqlar verən ixtisasdır.
Təbiətin qorunması, təbii ehtiyatlardan səmərəli istifadə və ətraf mühitə mənfi təsirlərin qarşısının alınması üzrə bilik və bacarıqlar formalaşdırır.